DÇ-2018: Elvin Mürsəliyev 1/4 finalda
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
ARANTV.AZ xəbər verir ki, mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.
Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib.
Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.
Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti ilk mərhələdə ukraynalı həmkarına uduzub.
77 kq
1/4 final – Elvin Mürsəliyev – Aleksandr Çekirkin (RUS)
1/8 final – Elvin Mürsəliyev – Kamal Amir Bey (USA) 6:2
1/16 final – Elvin Mürsəliyev – İvan Nilipiuk (POL) 9:0
97 kq
1/16 final – Orxan Nuriyev – Melonin Numonvi (FRA) 0:4
130 kq
Təsnifat – Sabah Şəriəti – Aleksandr Çernetski (UKR) 2:5
oxu.az

