Sahibə Qafarova Atatürkün məzarını ziyarət etdi – FOTO

Azərbaycan parlament nümayəndə heyəti Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün məzarını – “Anıtqəbri” ziyarət edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri Sahibə Qafarovanın adından “Anıtqəbri” önünə əklil qoyulub.

Spiker Xatirə kitabına ürək sözlərini yazıb.