Dünya 

Qazaxıstan koronavirusa qarşı öz peyvəndinin sınaqlarına başlayıb

Qazaxıstanda COVID-19 əleyhinə vaksinin klinik sınaqlarına başlanılıb.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, QazCovid-in adlandırılan peyvəndin sınaqlarının birinci və ikinci mərhələləri könüllülər üzərində keçiriləcək.

“Ümumdünya Səhiyyə Təşkilatı sınaqlara icazə verib. Könüllülərin cəmi 244 nəfər ola biləcəyinə baxmayaraq, arzu edənlərdən çoxsaylı müraciətlər daxil olub. Biz ərizə qəbulunu elan dərc edildikdən bir neçə gün sonra dayandırmağa məcbur olduq”, – deyə təhsil və elm nazirinin müavini Miras Daulenov bildirib.

Nazirlikdən onu da xatırladıblar ki, iyulun 26-da QazCovid-in vaksini ilə onu hazırlayan alimlərdən 7-si peyvənd edilib. Onlarda artan immunitet formalaşıb, analizlərin nəticələri preparatın təhlükəsizliyini və yüksək immunitetliyini göstərib.

Daha çox xəbərlər