Ağstafa sakini bıçaqlanıb
Ağstafada bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.
1991-ci il təvəllüdlü Babayev Elvin Vaqif oğlu bədənin çoxsaylı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bidirilir.
Məlumata görə, o, tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.APA

