Gündəm 

“İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda dəyirmi masa keçirilib

ARANTV.AZ xəbər verir ki, “İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” və “Təhlükəsiz bulud infrastrukturu” mövzularında tədbirlər keçirilib.

Müasir inkişaf prosesləri bilavasitə yüksək texnologiyalarla bağlıdır. Ölkəmizdə hər bir sahədə innovasiyaların tətbiqi vacibdir. Çünki rəqəmsal mühitdə əqli mülkiyyətin və müəlliflərin qorunması aktual məsələlərdəndir. Bu barədə “İnnovasiyalı inkişafda əqli mülkiyyətin qorunması məsələləri” mövzusunda keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini  Əli Abdullayev danışdı. Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun isə qeyd etdi ki, “İnnovasiya” mövqeyi əqli mülkiyyətlə əlaqəlidir. Azərbaycan “İnnovasiya” mövqeyi üzrə müvafiq olaraq Gürcüstan və Qazaxıstandan irəlidədir.

“İnnovasiya həftəsi” çərçivəsində“ növbəti tədbir “Təhlükəsiz bulud infrastrukturu” mövzusuna həsr olundu. “AzInTelecom” MMC-nin direktor vəzifəsini icra edən Leyla Məmmədova kibertəhlükəsizliyin təmin edilməsində lisenziyalı proqram təminatından istifadənin əhəmiyyəti barədə məlumat verdi. Bildirildi ki, “AzInTelecom” və “Trend Micro” şirkətinin tərəfdaşlığı çərçivəsində təklif olunan xidmətlər Data Mərkəzi müştəriləri üçün əlverişli imkanlar yaradacaq.

Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi “Hackathon-AzIn 2018”-ə start verildi. Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən tədbir “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə etməklə üç mərhələdən ibarətdir. Birinci mərhələ iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başladı. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işlədilər. Bu gün isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçildi.

Daha çox xəbərlər