Gündəm 

İl ərzində ərzində ixrac edlən əmtəə məhsullarının dəyəri 14,3 milyard dollar təşkil edib

ARANTV.AZ xəbər verir ki, bu ilin 9 ayında qeyri-neft sektoru üzrə 1 milyard 207 milyon dollarlıq mal ixrac olunub. Eləcə də, “Azexport.az” portalına 410 milyon  dollarlıq ixrac sifarişi daxil olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr  ayı üzrə buraxılışında  bu barədə danışılıb.

İstehsal və emal sənayesində ixrac məhsulların payı artmaqdadır və yanvar-sentyabr ayları ərzində ixrac edlən əmtəə məhsullarının dəyəri  14,3 milyard dollar təşkil edib. Ümumi  ixrac payında qeyri-neft sektoru üzrə ixracın dəyəri 1 milyard 207 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 138 milyon dolları və ya 13 faiz  artıb. İxracın coğrafiyasına gəlincə, ilk 5- liyə əsasən Rusiyaya 402,2 Türkiyəyə 275,6, İsveçrəyə 105,2, milyon dolar dəyərində mal satılıb. İxracda sonrakı yerləri Gürcüstan və Qazaxıstan bölüşür. Ümumilkdə ölkənin ixrac sektorunda müsbət saldı 6,4 milyard dollar təşkil edib.  Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr  ayı üzrə statistik göstəricilərinin açıqlanmasında məlumat verildi.

Pambıq lifinin alıcıları da kifayət qədər olub. İlin 9 ayında pambıq lifinin ixracı 2,3 dəfə, pambıq ipliyinin ixracı 37,8 faiz, elektrik enerjisinin ixracı 64,6 faiz çoxalıb. İllik göstəricilərlə yanaşı, ötən sentyabr ayında da məhsul ixacı artıb. Ötən ay qeyri-neft sektoru üzrə ixrac 114 milyon dollar dəyərində mal və məhsullar olub. Xidmət sektoruna gəlincə  yanvar-sentyabr aylarında “Azərkosmos” tərəfindən dünyanın 22 ölkəsinə xidmət,- peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edilib. Bu xidmətdən 16,7 milyon dollar gəlir əldə edilib. Eyni zamanda Azərbaycana dünyanın 193 ölkəsindən ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. İl ərzində həmçinin Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 410 milyon dollar təşkil edib. Beləliklə, ixrac sifarişləri dəyər baxımından 15 faiz artıb. Eləcədə, oktyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən ixracın dəyəri 13,2 milyon dollardan çox olub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

Daha çox xəbərlər