İdman 

Yeddi idmançımızda dopinq tapıldı – ADLAR

Azərbaycanın daha yeddi idmançısı dopinqdən istifadəyə görə cəzalanıb.

ARANTV.AZ  xəbər verir ki, bunların altısı taekvondoçulardır. Belə ki, Ofeliya AllahverdiyevaSamir MəhərrəmovNərgiz MirzəyevaYunis MəmmədzadəŞəms İsayeva və Cavid Hüseynov bir illik yarışlardan kənarlaşdırılıblar. Bütün bu idmançılarda furosemid maddəsi tapılıb.

Bundan başqa, cüdoçu Kənan Quluzadə də bir illik cəzaya məruz qalıb. Onda meldonium aşkarlanıb.

Qeyd edək ki, AMADA yarandıqdan sonra dopinq tapılan yerli idmançıların sayı 31-ə çatıb.oxu.az

Daha çox xəbərlər