“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizinə uşaqlar da qoşulub
ARANTV.AZ xəbər verir ki, “Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında keçirilən ağacəkmə aksiyası bu dəfə Abşeron rayonu Ceyranbatan qəsəbəsindəki 2 nömrəli körpələr evi-uşaq bağçasının həyətində təşkil olundu. Uşaqlar valideyn və müəllimlərin köməyi ilə 100-ə yaxın müxtəlif ağac tinglərini bağçanın həyətyanı sahəsində əkdilər. Aksiyada ETSN-nin əməkdaşları, bir qrup gənc və KİV nümayəndələri də iştirak etdilər.
“Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq!” devizi altında payız ağacəkmə aksiyası təbiətə sevgi aşılamaqla yanaşı, uşaqlarda xoş əhval ruhiyyə də yaratdı.
Bağçanın həyətində əkilən ağac tingləri ETS Nazirliyinin Abşeron Regional Meşə Tingliyi və Toxumçuluğu Mərkəzində yetişdirilib.

