Ceyhun Bayramovun gürcü həmkarı ilə geniş tərkibdə görüşü başladı – YENİLƏNİB + FOTO
Hazırda Azərbaycanla Gürcüstan XİN rəhbərləri arasında geniş tərkibdə görüş keçirilir.
Bu barədə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun “Twitter” hesabında məlumat verilib.
11:22
Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani ilə təkbətək görüşü başlayıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “Twitter” hesabında məlumat verilib.
Qeyd edək ki, bu gün Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Xarici İşlər nazirinin səfər çərçivəsində Gürcüstanın yüksək səviyyəli rəsmiləri ilə görüşləri keçiriləcək.

