Dinini dəyişib İslama aid kitablarını SATIŞA ÇIXARDI? – Azərbaycanlı qadından ACIQLAMA – YENİLƏNİB
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə qeyri-adi elan yerləşdirilib.
Elanda əvvəl müsəlman olub, sonra xritianlığı qəbul edən qadın İslama aid kitablarını satışa çıxardığı öz əksini tapıb.
ARANTV.AZ xəbər verir ki, Sonxeber.az ünvanı və əlaqə nömrəsi qeyd olunan, adı açıqlanmayan xanımla əlaqə saxlayıb.
O, həmin kitabları dinini dəyişdiyi üçün satışa çıxarmadığı bildirilib:
“Mənim xristianlığı qəbul etməyim barədə kim məlumat yayıb? Mənim adımdan bu cür paylaşım ediblər. Mən həmin kitabları müsəlmanların arasında kimsə almaq istəyər deyə yaxınlarım tərəfindən paylaşılmağını istəmişəm. Dinimi dəyişməmişəm, bir daha təkrar edirəm, kitablarımı ona görə satıram ki, başqaları da onlardan faydalansın”.
***
15 :18 – Sosial şəbəkələrdə qeyri-adi elan yerləşdirilib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, əvvəl müsəlman olub, sonra xritianlığı qəbul edən qadın islama aid kitablarını satışa çıxarıb.








