Hadisə 

Siyəzəndə yük maşını aşdı — 20 ton xurma yola dağıldı

Bakı-Quba-Rusiya sərhədi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın Report-a istinadən verdiyi xəbərə görə, Rüfət Şabanov idarə etdiyi yük maşını ilə Quba istiqamətində hərəkətdə olarkən qəflətən avtomobilin yük yeri aşıb. Nəticədə 20 ton xurma yola dağılıb. Xurma sahibi və sürücü xəsarət alıb. Yük maşınına da ciddi ziyan dəyib.

Qeyd edək ki, xurma qonşu Rusiya bazarına aparılırmış.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər