Hadisə 

Ağstafada yeniyetmə at arabasının altında qalaraq öldü

Ağstafa rayonunda yeniyetmə at arabasının altında qalaraq ölüb. 

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu qəsəbəsinin ərazisində baş verib.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü Famil Tahir oğlu İbrahimov hərəkətdə olan at arabasından yıxılaraq arabanın təkərinin altında qalıb. Ağır bədən xəsarətləri alan F.İbrahimov xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha çox xəbərlər