AŞPA prezidentinin Rusiyaya səfəri ləğv olunub
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Hendrik Damsın Rusiyaya səfəri ləğv olunub.
ARANTV.AZ APA-ya istinadən bildirir ki, Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenko və AŞPA prezidenti Hendrik Damsın bu günə planlaşdırılan görüşü də ləğv edilib.
Federasiya Şurasından görüşün ləğv olunmasının səbəbi açıqlanmayıb.
AŞPA-dakı mənbənin Rusiya mətbuatına verdiyi məlumata görə, Hendrik Damsın Rusiyaya səfərinin ləğv olunmasına səbəb kimi onun COVID-19-lu xəstə ilə təmasda olması göstərilib.

