Rusiyada daha 456 koronavirusdan öldü
Rusiyada koronavirusa yoluxanların sayı 1,99 milyon nəfəri keçib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 20 985 nəfər virusa yoluxub, 456 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 991 998 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 34 387 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 501 083 nəfər virusdan sağalıb, 456 528 nəfərin müalicəsi isə davam edir.

