Bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır

ARANTV.AZ xəbər verir ki, bu gündən ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. Proses bütün qruplar üzrə avqustun 13-dək davam edəcək. Abituriyentlər Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilən xüsusi bölmə vasitəsilə seçimlərini təsdiqləməlidirlər. Qəbul prosesində ancaq ixtisas seçimini təsdiqləyən abituriyentlər iştirak edə biləcəklər. Onlar yaz və yayda keçirilən qəbul imtahanlarından hansının nəticəsi ilə ixtisas seçəcəyini isə özləri müəyyənləşdirirlər. Abituriyentlərin maksimum 15 ixtisası seçmək imkanı var.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.