Dünya 

Putinin ənənəvi mətbuat konfransının vaxtı bilindi

Rusiya Prezidenti Vladimir Putinin illik mətbuat konfransı dekabrın 17-də keçiriləcək.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, mövcud epidemioloji vəziyyətlə əlaqədar tədbir videokonfrans formatında keçiriləcək. Prezidentin Novo-Oqaryovodakı iqamətgahından müraciət edəcəyi gözlənilir.

Konfransda iştirak etmək üçün jurnalistlərin akkreditasiyası noyabrın 29-dan başlayacaq.

Daha çox xəbərlər