İdman 

Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrini icra etməyə başlayacaqlar. Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay parlament qarşısında çıxışı zamanı deyib. Onun sözlərinə görə, Türkiyə Qarabağ məsələsində də Azərbaycana qeyd-şərtsiz dəstəyini davam etdirir: “44 gün ərzində işğalçı Ermənistanın Qarabağdan qovulması Türkiyə-Azərbaycan dostluğunu meydanda da bütün dünyaya göstərdi. 30 ildir Ermənistanın Qarabağdakı zülmünə, son hücumlar zamanı mülki əhalini və şəhərləri bombalamasına laqeyd qalmadıq, bu ədalətsizliklərə bəzi ölkələr kor və kar qaldığı halda biz bütün imkanlarımızla qardaş Azərbaycanın yanında olduq. Bu yaxınlarda qəbul parlamentdə qəbul edilmiş qanun layihəsinə əsasən qəhrəman əsgərlərimiz tezliklə azərbaycanlı qardaşlarımızın hüquq və maraqlarını qorumaq üçün Azərbaycanda vəzifələrinin icrasına başlayacaq”.

“Qarabağ” bu gün səhər təmsil etdiyi şəhər olan Ağdama gedib.

ARANTV.AZ qol.az-a istinadən xəbər verir ki, ölkə çempionu Allahverdi Bağırovun məzarını, Ağdam məscidini ziyarət edəcək, doğma meydanı “İmarət” stadionunda olacaq.

Səfərdə klub rəhbərliyi, məşqçilər heyəti və legionerlər də daxil olmaqla futbolçular iştirak edir.

Qeyd edək ki, Ağdam şəhəri noyabrın 20-i işğaldan azad olunub.

Daha çox xəbərlər