Gündəm 

Ordumuzun “Zəfər paradı”na hazırlığından – Fotosessiya

Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıqlar davam edir.

ARANTV.AZ xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşı bu gün Bakının mərkəzində olub, hərbçilərimizin Azadlıq Meydanının yaxınlığında hərbi parada hazırlıq məşqlərini lentə alıb.

Qeyd edək ki, Zəfər paradı Azadlıq Meydanında keçiriləcək. Paradda şəxsi heyət, hərbi texnika, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Daha çox xəbərlər