Təltif edilməyən məşhur generallar – SİYAHI
ARANTV.AZ “BakuPost”a istinadən xəbər verir ki, sərəncamlarda əsas diqqət çəkən məqamlardan biri də bəzi məşhur generalların və yüksək rütbəli zabitlərin adlarının olmamasıdır.
Heç bir mükafata layiq görülməyən yüksək rütbəli zabitlərin siyahısını təqdim edirik:
Nəcməddin Sadıkov – Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik
Kərəm Mustafayev – Azərbaycan Silahlı Qüvvələrinin General-polkovniki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı
Rövşən Əkbərov – General-leytenant, Azərbaycan Respublikasının Milli Qəhrəmanı.
Xəqani Cəbrayılov – Azərbaycan Ordusunun birlik komandiri, general-mayor
Tehran Mənsimov – Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Komandanlarından biri, polkovnik

