Hadisə 

Bakıda sevgilisinə əsəbiləşən qadın yüksək dozalı dərman içib …

Bakıda qadın əsəbiləşərək dərman içib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonunda baş verib.

Rayon sakini, 1987-ci il təvəllüdlü Şahvələdova Məlahət Nadir qızı Famil adlı tanışı ilə mübahisə edib. Famil adlı şəxs ona yalan vədlər verərək onun hissləri ilə oynadığından qadın əsəbiləşərək “Majezik” adlı ağrıkəsici həbindən 6-7 ədəd içib.

Nəticədə qadın zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Daha çox xəbərlər