Ulu öndər Heydər Əliyevin vaxtilə Ankarada əkdiyi ağacın yanına xatirə lövhəsi vurulub
Ümummilli lider Heydər Əliyevin hər addımı bir tarix, zəngin fəaliyyətinə dair hər bir tarix öz-özlüyündə silinməz bir xatirədir. Təqdim etdiyimiz fotodakı ağac ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci il martın 16-da Ankara Universitetinin həyətində, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün heykəlinin yanında əkilib.
ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Ankara Universitetinin fəxri doktoru Heydər Əliyevin 19 il əvvəl əkdiyi Mavi Ladin ağacının yanında dekabrın 14-də xatirə lövhəsinin açılışı olub. Lövhənin üzərində ağacın əkilmə tarixi və həmin anları xatırladan foto həkk olunub.





