Sosial 

Bayram yarmarkalarının keçiriləcəyi yerlər məlum oldu

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 1 Yanvar – Yeni il münasibəti ilə Kənd Təsərrüfatının təşkil edəcəyi bayram yarmarkalarının keçiriləcəyi yerlər müəyyən edilib.

Bu barədə “İki sahil”ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bayram yarmarkaları əsasən 3 ərazidə fəaliyyət göstərəcək:

“Yarmarkalar paytaxtın Nərimanov rayonu, Gənclik metrostansiyasının yanında, Binəqədi rayonu, S.S.Axundov küçəsi 5 və Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində quraşdırılacaq. Yarmarkalar yaxın günlərdə fəaliyyətə başlayacaq”.

Daha çox xəbərlər