Tovuzda 24 yaşlı gənc qəzada öldü
Tovuzda ölümlə nəticələnən yol qəzası baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə gecə saatlarında Tovuz rayonunda, kəndarası yolda baş verib.
Belə ki, rayonun Əyyublu kənd sakini, 1994-cü il təvəllüdlü Abbasov Elnur İlqar oğlu idarə etdiyi, özünə məxsus “KİA Sport Hacer” markalı, 99-HR-378 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.
E.Abbasov ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Həkimlərin səylərinə baxmayaraq, E.Abbasov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
İlkin məlumatlara görə, hadisə zamanı sürücü avtomobildə tək olub.
Faktla bağlı Tovuz RPŞ-nin İB-də Azərbaycanlı Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.oxu.az

