Hadisə 

Piyada qəfil yola çıxdı – Zəncirvari qəza nəticəsində maşınlardan biri DYP postuna çırpıldı

Bakı-Sumqayıt yolunda zəncirvari qəza baş verib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, qəzaya piyadanın qəfil yola çıxması olub.

Piyadanın yola çıxması nəticəsində 4 avtomobil biri-birinə, daha bir avtomobil isə divara çırpılıb.

Belə ki, sürət həddi 80 km/saat olan yolun hərəkət zolağına piyadanın çıxması nəticəsində sol zolaqla hərəkət edən “VAZ 2107”, “Niva”, “Mercedes Benz” və KİA markalı avtomobillər bir-birinə çırpılıb. Sağ zolaqla hərəkət edən “Nissan Qashqai” markalı avtomobil isə Xırdalandakı DYP postunun divarına çırpılıb. Qəza nəticəsində avtomobilin ön tərəfi tamamilə deformasiyaya uğrayıb.

Daha çox xəbərlər