Azərbaycan və Türkiyə HDQ nümayəndə heyətlərinin görüşü keçirilib

ARANTV.AZ xəbər verir ki, İyulun 30-da Azərbaycan Hərbi Dəniz Qüvvələrinin qərargahında Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hər sahədə olduğu kimi hərbi əməkdaşlığın uğurlu nəticələri və inkişaf perspektivləri müzakirə olunub.
Hərbi əlaqələrin hər iki ölkənin maraqlarına cavab verdiyi bildirilərək, bu istiqamətdə səylərin daha da artırılmasının vacibliyi vurğulanıb.
Türkiyə HDQ-nin komandanının MTT üzrə müavini vitse-admiral Fikret Esin “Dəniz kuboku – 2018” beynəlxalq müsabiqəsində iştirakından son dərəcə məmnunluğunu ifadə edib. Yarışlarda ölkəmizin hərbi dənizçilərinə uğurlar arzulayıb. Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.