ARANTV.AZ xəbər verir ki, İyunda “Azexport.az” portalına 34,2 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
R.Hüseyn bildirib ki, altı ayda portala daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon dollar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-iyun aylarında ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Ötən ilin yanvarından bu il iyunun 30-dək portala 96 ölkədən daxil olan sifarişlərin dəyəri 759,4 milyon dollar olub.
