Dünya 

Bodrumda sel fəlakəti – VİDEO

Türkiyənin Muğla əyalətinin Bodrum rayonunu sel basıb.

ARANTV.AZ oxu.az-a  istinadən xəbər verir ki, dünən günorta saatlarından sonra başlamış leysan nəticəsində şəhər iflic vəziyyətinə düşüb.

Bodrumun cənub hissəsində təbii fəlakət yaşanıb. Güclü yağış səbəbindən küçələri, yolları, evləri, iş yerlərini su basıb.

Sakinlərin hərəkəti üçün mane yaranıb, onlarla avtomobil su altında qalıb.

Daha çox xəbərlər