Sosial 

Üzərlik koronavirusdan SAĞALDIR? – Azərbaycanlı professordan AÇIQLAMA

Koronavirusun müalicəsində indiydək fərqli metodların sınanıldığını, xüsusən də xalq təbabətindən geniş istifadə edildiyini bilirik.

Belə “türkəçarə” metodlardan yararlananların sırasında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov da var.

Bildirilir ki, o iclas zamanı vətəndaşlara koronavirusdan qorunmaları üçün üzərlik yandırmalarını tövsiyə edib. Ölkə lideri türkmən xalqının əsrlər böyu zərərli vərdişlərdən qorunması və müxtəlif infeksion xəstəliklərdən müdafiəsi üçün qədim xalq təbabətindən istifadə etdiyini xatırladıb.

Türkiyəli həkim İbrahim Saracoğlu da üzərlik toxumunun dəmləməsinin ağciyər xəstəlikləri və virus yoluxmalarında effektiv olduğunu bildirib.

Həmçinin qeyd olunur ki, üzərliyin çayı və yandırıldıqdan sonra bol dumanı sinus yollarının burunda tıxanıqlığını açır, nəfəs darlığını düzəldir, limfada toplanan infeksiyanı aradan qaldırır. Üzərliyin toxumlarını udmaq və çeynəmək olmaz.

Maraqlıdır, üzərliyin virusun müalicəsində effektivliyi müzakirə mövzusu ola bilərmi?

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb:

“Ümimiyyətlə, xalq təbabətinin bəzi məqamları elmi baxımdan xüsusi önəmə malikdir. Məsələn, zəli ilə, bəzi bitkilərlə müalicə və s. Bununla yanaşı, koronavirusun müalicəsində üzərliyə çarə kimi baxmaq olmaz. Üzərlik yandırmaq xalq təbabətində daha çox insanlara əminlik gətirmək, qorxunu, stressi uzaqlaşdırmaq, bronxları nisbtən genişləndirmək, eləcə də aromaterapiya kimi lazımdır. Üzərliyin özünün müalicəvi effekti var, amma koronavirusun müalicəsində heç bir rolu yoxdur.

Bu, tamamilə avantüradır və belə şeylərlə insanların müalicəsini uzatmaq olmaz. Koronavirus infeksiyası bəzi insanlarda çox sürətlə inkişaf edir. Məsələn, döş qəfəsinin tomoqrafiyası 3-5 faiz hallarda zədələnmə göstəribsə, təxminən 5 gündən sonra ağciyərin 75 faizində tutulma müşahidə olunur. Qaraciyər xəstəlikləri olan şəxslər və şəkərli diabet xəstələrində tromblaşmaya meyllilik həddən artıq çoxdur. Ona görə də hesab edirəm ik, xəstələr belə üsullardan istifadə etmək əvəzinə, daha çox elmi təbabətin, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi tövsiyələrə uyğun hərəkət etsinlər”.

Daha çox xəbərlər