Beş uşaq atası alimentə görə həbs edildi-Foto
ARANTV.AZ xəbər verir ki, Astv İnformasiya Agentliyinin qaynar xəttinə,Quba rayonunun Aşağı Atuc kənd sakini Mütəllimova Dürdanə Allahverdi qızı tərəfindən məlumat daxil olub. Dürdanə Mütəllimovanın verdiyi məlumata görə,onun həyat yoldaşı Xoşbəxt Mütəllimovu 29 Noyabrda işlədiyi avtoyuma məntəqəsindən, Quba raron Polis idarəsinə aparılıb və 10 sutka həbs verilib. Xoşbəxt Mütəllimovun saxlanma səbəbi isə onun birinci nigahdan olan iki qız övladının alimentini ödəyə bilməməsidir.
Agentlik Dürdanə Mütəllimova ilə əlaqə saxladı.
Dürdanə Mütəllimova bildirdi ki,onun həyat yoldaşının birinci xanımı Xaçmaz rayonunun Yergüc kənd sakini Günel Oktyar qızı Hüseynova olub və bu birgə nigahdan 2 qız övladı dünyaya gəlib. Daha sonra isə onlar 2011-ci ildə rəsmi qaydada məhkəmənin qərarı ilə ayrılıblar və hakim Xoşbəxt Mütəllimova 200 AZN aliment kəsib.
Bundan sonra elə həmin ildə Dürdanə Allahverdi qızı ilə ailə həyatı qurub və bu birgə nigahdan 4 uşaqları dünyaya gəlib, 1 uşaq isə Dürdanə Allahverdi qızının 1-ci nigahından olub.Beləliklə hazırda ailənin 5 övladı var. Ailə çox çətin və acınanaqlı vəziyyətdə yaşayır.Ailənin qalacaq yerləri olmadığından İcra nümayəndəsinin köməkliyi ilə onlara müvəqqəti yaşayacaq yer kimi icra nümayəndəliyinin binasından 1 otaq verilib.Hazırda ailə o 1 otaqda yaşayır. Çox çətin durumda yaşayan ailə May ayından alimenti ödəyə bilməyib. Ancaq onuda qeyd etmək istərdik ki,ailə tam da olmasa hər ay qismən aliment ödəyirlərmiş. May ayına kimi.
Mövzunu nəzarətdə saxlayacağıq.


