Ərdoğan jurnalistlərə “kovid dərmanı” payladı – MARAQLI GÖRÜNTÜLƏR
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Ömər Öztürk Məscidində cümə namazı qılıb.
ARANTV.AZ Publika.az-a istinadən xəbər verir ki, Prezident daha sonra məscid yaxınlığındakı mağazadan alış-veriş edərək onu müşayiət edən jurnalistlər və vətəndaşları fındıqlı sucuk və digər şirniyyatlara qonaq edib.
Ərdoğan ətrafındakılara “sizə ciddi deyirəm, bununla bəslənənə kovid-movid yoluxmaz. Bununla bəslənin, koviddən qurtulun” deyib.


