ÜST-dən “COVİD-19″la bağlı BƏDBİN PROQNOZ – VİDEO
Ümumdünya Səhiyyə Təşkilatının sözçüsü Tarik Jasareviç peyvəndlərin koronavirusdan qoruması ilə bağlı xəyalları məhv edən açıqlamalar verib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, peyvəndlərin xəstəliyin inkişafına təsirindən danışan Jasareviç bu sözləri deyib:
“İnsanın yenidən virusa yoluxmasının qarşısını ala bilib-bilməyəcəyini bilmirik. İnfeksiyadan qoruduğunu göstərən bir dəlil hələlik yoxdur”.
O, çıxışında insanların koronavirusdan qorunması üçün tədbirlərə əməl etməyi tövsiyə edib. Həkim sosial məsafənin qorunması, maskalardan istifadə, əllərini təmizləməsi, insanların sıx olduğu yerlərdən qaçılmasının hələ də vacib olduğunu bildirib.

