Braziliyada koronavirusa yoluxanların sayı 7,5 milyon nəfəri ötüb
Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 20 548 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 504 833 nəfərə çatıb.
Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 431 nəfər ölüb, ölənlərin ümumi sayı 191 570 nəfər təşkil edir.

