“Yolda qalmışıq, havanın açılmasını gözləyirik” – Bakı-Şamaxı yolunda qatı dumanın qurbanı – VİDEO
ARANTV.AZ xəbər verir ki, iki gündür şimal-qərb istiqamətində müşahidə olunan qatı duman axşam saatlarında daha da kəskinləşib.
Duman əsasən, Bakı-Şamaxı-Yevlax yolunun Qobustandan keçən hissəsində və Şamaxı-Muğanlı-İsmayıllı-Ağsu dolaylarında müşahidə olunub. Görüntünün məhdud olması hərəkəti çətinləşdirib.
Ramin Musayev –Sürücü: “Duman çoxdur, görmək olmur. Sürücülər əziyyət çəkir. Ağsudan gəlirəm, o tərəflər ümumiyyətlə bərbad haldadır”.
Zaur Mehdiyev – Sürücü: “Qatı duman hər tərəfi bürüyüb, sürmək çətindir. Sürücülərə tövsiyyəm olar ki, nişanlama xətlərinə əməl etsinlər. Ara məsafəsini saxlasınlar və diqqətli olsunlar”.
Sözügedən ərazidə görmə məsafəsi 1 metrə qədər qısaldığından bəzi sürücülər hətta avtomobillərini yolun kənarında saxlamaq məcburiyyətində qalıblar.
Elman Nuriyev – Sürücü: “Yolda qalmışıq, gedə bilmirik, gələ bilmirik. Havanın açılmasını gözləyirik”.
Kəskin hava şəraiti ilə əlaqədar dövlət yol polisinin əməkdaşları gücləndirilmiş iş rejimində işləyirlər.
Bakı-Şamaxı, Muğanlı-İsmayıllı və Şamaxı-Ağsu marşrutu ilə hərəkət edən sürücülərə ehtiyyatlı olmaları tövsiyyə olunur.
arabtv

