Dünya 

Çin ÜST-ün ekspert qrupunu ölkəyə buraxmadı

Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatının yeni koronavirus pandemiyasının yaranmasının səbəblərini araşdıran ekspert qrupunu ölkəyə buraxmayıb.

CNN-in məlumatına görə, bu sözləri ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, ekspert qrupunun üzvləri Uhan səfəri üçün artıq doğma ölkələrini tərk etsələr də, Çin hakimiyyəti lazımi icazələri verməyib.

Daha çox xəbərlər