Hadisə 

Azərbaycanda restoran tamamilə yanıb kül oldu

Ağdaş rayonunda güclü yanğın olub.

ARANTV.AZ xəbər verir ki, gecə saatlarında rayonun Orta Ləki kəndində ümumi sahəsi 620 m² olan restoran kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin yanar konstruksiyaları 490 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.Publika.az

Daha çox xəbərlər