Polietilen torbalarla bağlı market sahiblərinə xəbərdarlıq: cərimələnəcəklər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi polietilen torbalarla bağlı müvafiq müraciətlər hazırlayaraq müvafiq qurumlara göndərəcək.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ETSN yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
Onun sözlərinə görə, sahibkarlar özləri polietilen torbalardan istifadə etməyə maraqlı olmalıdırlar.
H.Əlizadə əlavə edib ki, bir çox insanlar hələ də polietilen torbalarla bağlı yeni dəyişikliyin icrasında maraqlı deyillər:”Onlar hətta heç maraqlanmırlar ki, alış-veriş etdikləri yerdə onlara hansı qalınlıqda torba veriləcək. Ona görə də bu iş market sahiblərinin marağında olmalıdır. Ən azından başa düşməlidirlər ki, qaydalara riyaət etməyəcəkləri təqdirdə cərimələnəcəklər. Cərimələrlə üzləşməmək üçün mağaza sahibləri polietilen torbaları alan zaman müvafiq sənədləri tələb etməlidirlər. Onlar yalnız qanunvericilikdə nəzərdə tutulan tələblərə cavab verən torbaları almalıdırlar”.

