“WhatsApp”dan XƏBƏRDARLIQ: Razılaşmasaz, işlədə bilməyəcəksiniz
Dünyanın ən populyar mesajlaşma proqramı olan “WhatsApp” istifadəçilərə xəbərdarlıq mesajı göndərməyə başlayıb. Proqramın yeni şərtləri ilə razılaşmayanlar ondan istifadə edə bilməyəcəklər.
ARANTV.AZ xəbər verir ki, həmin şərtlər “WhatsApp”ın rəsmi saytında yerləşdirilib.
Yeni şərtlər 8 fevral 2021-ci il tarixindən qüvvəyə minəcək. Şərtlərlə həmin vaxtadək razılaşmalı olacaqları barədə mesajları artıq “Android” və “iPhone” istifadəçiləri almağa başlayıb.
Bu tarixdən etibarən “WhatsApp”dan istifadə etmək üçün müvafiq düyməni basaraq razılığınızı bildirməlisiniz.
“WhatsApp”ın əsas dəyişiklikləri 3 istiqamətdə olacaq:
1. Məlumatların emalı barədə əlavə informasiya veriləcək.(Additional Information On How We Handle Your Data)
2. Şirkətlərlə əməkdaşlıq səviyyəsi yüksələcək. (Better Communication With Businesses.)
3. Rabitə asanlaşacaq. (Making It Easier To Connect)

