Deputatdan şad xəbər
“Bildiyimə görə, yanvar ayının sonlarına doğru Azərbaycana 4 milyon doza vaksin gətiriləcək və bütövlükdə vaksinasiya dövrü fevral ayından gec olmayaraq başlayacaq”.
ARANTV.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Deputat hesab edir ki, bütün dünyada olduğu kimi ilk növbədə risk qrupuna daxil olan insanlar vaksinasiya olunmağa başlayacaq və vaksinlar əhaliyə dövlət hesabına vurulacaq: “Vaksinasiya üçün hazırlıq işləri görülüb, personalın bu istiqamətdə məlumatlandırılması barədə işlər görülür. Düşünürəm ki, Azərbaycanda vaksinasiya qısa müddət ərzində tam keyfiyyətlə aparılacaq və qısa müddətdə biz koronavirusa tarixi keçmiş kimi baxacağıq”.

