Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.
ARANTV.AZ xəbər verir ki, bu barədə səfir “Twitter” səhifəsində paylaşım edib.
O bildirib ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
“2021-ci ildə və gələcəkdə Pakistan-Azərbaycan dostluğunun daha da gücləndirilməsini gözləyirəm”, – deyə səfir qeyd edib.

