Sosial 

Martın 1-dən iri ticarət mərkəzləri və “Mall”arın açılması ilə bağlı AÇIQLAMA

Azərbaycanda gündəlik koronavirusa yoluxanların sayı azalmaqda davam edir. Belə ki, yanvarın 6-da Azərbaycanda 799 nəfər koronavirusa yoluxub, 2 383-ü isə müalicə olunaraq sağalıb və evə buraxılıb.Son sutkada 26 nəfər COVID-19-dan vəfat edib. Yoluxanların sayının günbəgün azalması mart ayına qədər iri ticarət mərkəzlərinin açılma ehtimalını artırır. Mart ayında iri ticarət mərkəzləri yenidən fəaliyyətə başlaya bilərmi?

ARANTV.AZ xəbər verir ki, bununla bağlı bağlı Sonxeber.az-a danışan deputat Bəhruz Məhərrəmov bildirib ki, bu Operativ Qərargahın səlahiyyətində olan məsələdir:”Mən düşünürəm ki, gündəlik yoluxanlarla bağlı rəqəmlər bu cür azalma dinamikası ilə davam edərsə, həm karantin rejiminin şərtlərində, həm də digər proseslərdə dəyişiklik mümkündür. Bilirsiniz ki, yaxın vaxtlarda ölkəmizdə koronavirus əleyhinə peyvəndlənmə də başlayacaq. Hesab edirəm ki, mart ayına kimi yoluxanların sayı minumuma düşərsə, müəyyən qaydalarla iri ticarət mərkəzləri açıla bilər. Lakin hər şey vəziyyətin gedişatından, gündəlik yoluxanların, sağalanların və ölənlərin sayından asılıdır”.

Daha çox xəbərlər