Dünya 

Rusiyada qadın yeni doğulmuş nəvəsini öldürüb zibilliyə atdı

Rusiyada Perm bölgəsinin Çernuşka şəhərində nənə yeni doğulan nəvəsini öldürərək zibil qutusuna atmaqda şübhəli bilinir.

Bu barədə Rusiya İstintaq Komitəsinin regional şöbəsinin saytında məlumat verilib.

Məlum olub ki,  37 yaşlı rusiyalı qadın evdə uşaq dünyaya gətirib. Onun 59 yaşlı anası nəvəsini öldürüb və cinayətin izlərini gizlətmək üçün uşağın meyitini bir yeşiyə qoyaraq zibil qutusuna atıb.

Barəsində “Azyaşlının öldürülməsi” maddəsi ilə cinayət işi açılan qadın həbs olunub. O, törətdiyi əməli etiraf edib.

Daha çox xəbərlər