Sosial 

Hazırda dünyada pandemik vəziyyət necədir?

Bu gün bəşəriyyətin başı üzərində koronavirus adlı bir kabus dolaşmaqdadır. “İki sahil.az” “Worldometers.info” portalına istinadən məlumat verir ki, hazırda dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 87 milyon 703 min 109  nəfəri ötüb. Eyni zamanda, 63 milyon 183 min 793 nəfər koronavirus xəstəliyindən sağalıb. Virus qurbanlarının sayı 1 milyon 892 min 685 nəfərdir. Mənbənin məlumatına görə, dünyada  22 milyon 626 min 631 aktiv koronavirus daşıyıcısı var.

Qeyd edək ki, COVID-19-un daha çox yayıldığı ölkələr sırasında ABŞ, Hindistan, Braziliya, Rusiya, Böyük Britaniya, Fransa, İtaliya, İspaniya, Almaniya yer alıb. Statistikaya  əsasən qeyd etməliyik ki, COVID-19-un daha passiv olduğu coğrafi ərazilər isə Vanuatu, Samoa, Marşal adaları, Qərbi Sahara, Angilya, Yeni Kaledoniya, Fiji, Solomon adalarıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”

Daha çox xəbərlər