Rusiyada daha 596 nəfər koronavirusun qurbanı olub
Rusiyada koronavirusa yoluxanların sayı 3,33 milyonu keçib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 23 541 nəfər virusa yoluxub, 506 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 332 142 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 60 457 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 709 452 şəxs virusdan sağalıb, 562 233 nəfərin müalicəsi isə davam edir.

