Türkiyədə avtobus aşdı – 2 ölü, 16 yaralı
Türkiyənin Samsun vilayətinin Atakum rayonunda bələdiyyə işçilərini daşıyan avtobus aşıb.
ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Qəza yerinə təcili yardım və xilasetmə qrupları cəlb edilib. Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

