Məcburi köçkünlər üçün inşa edilmiş 4700-ə yaxın mənzil bu nazirliyin balansına verildi
Azərbaycan Prezidenti İlham Əliyevin qərarı ilə 2020-ci ildə məcbur köçnüklər üçün inşa edilmiş mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Heseynov deyib.
Onun sözlərinə görə, qəsəbələrdən və hündürmərtəbəli binalardan ibarət olan 4700-ə yaxın Nazirliyin balansına verilib.
F.Hüseynov bildirib ki, həmin yaşayış kompleksləri Bakı, Sumqayıt, Abşeron, Samux və Lənkəran ərazisində inşa edilib və istifadəyə hazırdır.

