Dünya 

Almaniyada koronavirusdan sutkalıq ölüm sayında rekord qeydə alınıb

Almaniyada ötən gün ən yüksək həddə koronavirusdan ölüm halı qeydə alınıb.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə sutka ərzində 1 188 nəfər virusun qurbanı olub.

Bundan əvvəl ən yüksək göstərici dekabrın 30-da qeydə alınmış, həmin gün 1 129 nəfər vəfat etmişdi.

Ötən gün Almaniyada 31 849 yoluxma qeydə alınıb.Bu günədək ölkədə 1,9 milyona yaxın şəxs koronavirusa yoluxub, 38 795 nəfər ölüb.

Daha çox xəbərlər