İsraildə koronavirusa yoluxanların sayı 470 min nəfəri ötüb
İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 7 942 nəfər yoluxub.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların sayı 470 151 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 402 637 nəfəri sağalıb, 3 549 nəfəri isə vəfat edib.

