Maraqlı 

Ötən ilin ən çox oxunan kitabları…

2020-ci il evdə qaldığımız, özümüzə daha çox vaxt ayırdığımız və pandemiya və onun yan təsirləri səbəbi ilə hobbilərimiz üçün bir az əlavə vaxt tapa bildiyimiz bir il oldu. Evdə qaldığımız müddətdə oxuya bilmədiklərimiz kitabları oxuduq, baxa bilmədiklərimiz filmlərə baxdıq, uzun müddət sınamaq istədiyimiz yeməkləri hazırladıq və sevdiyimiz yeni hobbilər tapdıq. Həyatımızda təxirə saldığımız bəzi məsələlərə yenidən nəzər saldıq ,gərəkli olanları həyatımıza daxil etdik. Kitab oxumaq da onlardan biri oldu. 2020-ci ilin ən çox oxunan və bəyənilən kitablarını təqdim edirik.

“Şəkər portağalı” – Joze Mauru de Vaskonselus

Uzun illərdir siyahıda əvəzolunmaz olan bu kitab, uşaqdan-böyüyə hər kəsin sevdiyi ən populyar və ən çox oxunan kitablar sırasındadır. Kitabımızın əsas qəhrəmanı Zeze çox güclü təsəvvürə malik uşaqdır. Yeni köçdükləri evin bağçasındakı portağal ağacı ilə dostluq edir və ağaca bütün arzularını, təcrübələrini və hisslərini izah edir. Zeze ilə təsəvvürünüzün nə qədər böyük olduğunu hiss edəcək, bu kitabdan zövq alacaqsınız.

“Momo” – Michael Ende

Momo şəhərin xarabalığa çevrilmiş teatrında yaşayan kiçik bir qızdır. Momonun ən böyük istedadı əla dinləyici olmasıdır. Kitabın mövzusu insanların zaman alqısı və ondan necə istifadə etmələridir. Momo vasitəsilə söylənən bu hekayə zamanımızın dəyərini nə qədər bildiyimizi sorğulayır.

“1984” – Corc Oruel

Müəllifin şah əsəri adlandırıla biləcək bu kitab 2020-ci ilin ən çox oxunan kitablarından biri oldu. Xüsusən, pandemiya dövründə həyatımıza daha çox texnologiya daxil etdikdən sonra populyarlığı iki dəfə artan kitab, texnologiyadan ibarət distopiya kainatını təsvir edir. Oxuyarkən bir az əsəbiləşməyinizə səbəb olmasına baxmayaraq, düşündürən və sual doğuran bir kult əsəridir.

“Korluq” – Joze Saramaqo

Müəllif 1998-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatını aldı. Mövzusunda bu gün yaşadıqlarımıza bənzər məqamlar var. Korluq epidemiyasından sonra cəmiyyətin mənəvi cəhətdən necə çökdüyünü və necə eqoist olduqlarını təsvir edir. Mövzusu kifayət qədər gərgin olsa da, yazıçı səlis yazdığı üçün bir anda oxunur. İstəsəniz, yazıçının “Görmə” adlı təqib kitabını da oxuya bilərsiniz.

“Cəsur yeni dünya” – Oldos Xaksli

Romanda cəmiyyət reproduktiv texnologiyalar yuxu təhsili kimi metodlarla dəyişdirilmişdir. Kitabda izah edilənlərə görə, müharibələr və bərabərsizliklər aradan qaldırılmaqla yanaşı, sənət, fəlsəfə və ailə kimi anlayışlar da yoxa çıxmışdır. Yaranan yeni dünyanın tanrısı Forddur. Kitab mövzu olaraq bir az qorxunc olsa da, diqqət çəkdiyi mövzularla 2020-ci ilin ən çox oxunan kitablarından biri oldu.

Samirə İsmayılova, “İki sahil”

Daha çox xəbərlər