Daha bir deputat Nikolla yollarını ayırdı
Ermənistan parlamentinin deputatı Sofiya Ovsepyan Mənim Addımım fraksiyasından ayrılıb.
ARANTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ovsepyan Feysbuk səhifəsində yazıb.
Ovsepyan bundan sonra müstəqil deputat kimi fəaliyyət göstərəcəyini bildirib.
Qeyd edək ki, Mənim Addımım Bloku Ermənistan Baş naziri Nikol Paşinyanındır.

