Sosial 

Bakıda universitet pandemiyada tələbələri AKT ZALINA TOPLAYIB?- RƏSMİ AÇIQLAMA

“Orada semester imtahanı müzakirə olunub? Yox! Tələbələrin problemləri dinlənilib? Yox! Bəs akt zalında iclas niyə keçirilib? İclasda iştirak edən bütün qrup nümayəndələri elə rəhbərlikləri ilə birlikdə məsuliyyət daşıyır. Bu səsin davamı var, hələ o akt zalında olan məşhur iclasın da. Artıq təqdim olunur aidiyyəti dövlət orqanlarına”.

ARANTV.AZ  xəbər verir ki, bu sözləri öz sosial hesabında təhsil eksperti Kamran Əsədov yazıb. O, bildirib ki, 7 yanvar 2021 – ci ildə ölkədə sərt karantin rejimi, dövlət qurumların vətəndaş qəbulunu həyata keçirmədiyi vaxtda Bakı Qızlar Universiteti bütün qaydaları pozaraq çox sayda tələbələri zorla universitetə dəvət edib.

Məsələ ilə bağlı Sonxeber.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov danışıb:

“Mənim bununla bağlı məlumatım yoxdu. Özəl universitetdir, hansısa proseslərdə nəyisə şərh etməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, tələbələrdən biri maddi sübut kimi ali məktəbdə keçiriləcək yığıncağı, dekanın səslərini təhsil ekspertinə göndərib.

 

Daha çox xəbərlər